image-2000x150px
image-123
image-ads_atlas
image-1718955176173439965_1200x630backend

İcbari tibbi sığorta uşaqlığın çıxarılması əməliyyatının xərclərini ödəyir

image-728x90px

İcbari tibbi sığorta hesabına histerektomiya – uşaqlığın çıxarılması əməliyyatı ödənişsiz həyata keçirilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövrdə icbari tibbi sığorta hesabına 13 min 250 histerektomiya əməliyyatı icra olunub.

Gecikmiş reproduktiv və premenopauzal dövrlərdə uşaqlığın mioması, müalicəyə tabe olmayan uşaqlıq qanaxmaları, endometrioz (uşaqlığın daxili təbəqəsi), hamiləlik və doğuş vaxtı uşaqlığın zərər görməsi, uşaqlıq boynu xərçəngi əməliyyat üçün göstəriş hesab edilir. Xüsusilə uşaqlıq və ya yumurtalıq xərçəngi olan xəstələrdə bu əməliyyatın aparılması zəruri hal alır ki, bu da xəstəliyin ciddi fəsadlara yol açmasının qarşısını almağa kömək göstərir. Xəstəliyin növündən və mərhələsindən asılı olaraq müvafiq əməliyyat üsulu ixtisaslaşmış həkim tərəfindən təyin edilir.

Qeyd edilib ki, uşaqlıq yolunda patoloji dəyişiklikləri erkən mərhələdə aşkarlamaq məqsədilə HPV testi (İnsan papilloma virusu), Pap testi (uşaqlıq boynundan yaxmanın götürülməsi və mikroskopiyası), USM, rentgenoqrafiya, histeroskopiya, KT, MRT, sistoskopiya, kolonoskopiya kimi diaqnostik müayinələr icbari tibbi sığorta təminatına daxildir. Bundan əlavə, patoloji dəyişikliklərə şübhə olduqda uşaqlıq boynunun biopsiyası və götürülən materialın histoloji müayinəsi də ödənişsiz şəkildə aparılır.

Həmin tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentlərinin xərcləri icbari tibb sığorta tərəfindən ödənilir.

Histerektomiya əməliyyatının müddəti əməliyyatın aparılma səbəbindən asılı olaraq dəyişsə də, ortalama 1-3 saat davam edir. Histerektomiya əməliyyatı icbari tibbi sığorta hesabına Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat İnstitutlarında həkim göstərişi əsasında icra olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki