image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210813-wa0006backend

İcra baçısı gənclərlə görüşdü – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, 12 Avqust 2021-ci il tarixində  Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov “BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ” münasibətilə GİKM-İN  Ağstafa nümayəndəliyinin gəncləri ilə görüş keçirilib.

Görüşdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Lalə Eyyubova, Ağstafa Rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsməliyev və 60-a yaxın fəal Ağstafa gənci iştirak edib.

GİKM-in Ağstafa nümayəndəliyinin direktoru Teymur Əliyev mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib.

Onu da qeyd etmək lazımdır ki, Seymur Orucov Ağstafaya İcra Başçısı təyin olunduğu gündən daim gənclərlə, onların fəaliyyətləri ilə maraqlanıb. Hər zaman gənclərə öz dəstəyini göstərib və yanlarında olub.

Seymur Orucov bundan əlavə olaraq rayonumuzun abadlığına da xüsusi diqqət ayırır. Yolların yenidən asfaltlanması, şəhərimizdə və kəndlərimizdə həyata keçirilən abadlıq, quruculuq işləri bunların bariz nümunəsidir. O, Cənab Prezidentimizin qəbul etdiyi qayda və qanunları Agstafa rayonunda layiqincə həyata keçirdir.
Daha sonra tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.

Yekunda nümayəndəliyin 12 fəal gənci sertifikatla təltif edilib və xatirə şəkli çəkilib.

DOĞRU.AZ  “Günəş NƏSİBLİ”

image-img-20210813-wa0005 image-img-20210812-wa0070 image-img-20210813-wa0003 image-img-20210813-wa0001 image-img-20210813-wa0002 image-img-20210813-wa0004

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki