image-2000x150px
image-comp-versiya
image-screenshot_20210414-135203_snaptubebackend

İcra hakimiyyətinin qarşısında ETİRAZ: vətəndaş başçı ilə görüş tələb etdi – VİDEO

image-728x90px

Siyəzən rayon sakin Kanbayeva Zahidə Tofik qızı işsizlikdən əziyyət çəkən yüzlərlə rayon sakinindən biridir. İş üçün indiyədək qapısını döymədiyi idarə və dövlət qurum qalmayıb.

Zahidə xanım deyir ki, o qədər iş üçün müraciət etmişəm ki, rayonda rəhbər şəxslər məni uzaqdan görəndə bilirlər ki, iş istəyəcəm. Bütün ümidləri və çarəsi tükənən Zahidə Kanbayeva Siyəzən rayon icra hakimiyyətinin qarşısına gələrək icra başçısı ilə görüş tələb edib. Bir neçə saat binanın qarşısında etiraz etsə də onun bu istəyi yerinə yetirilməyib. Bir müddət sonra icra hakimiyyətinin humanitar məsələlər şöbəsinin əməkdaşları onunla görüşərək məsələnin qısa zaman ərzində həll olunacağını və onun işlə təmin ediləcəyini bildiriblər.

Gedin jurnalistə verdiyiniz müsahibəni sildirin sizə iş verək

“Yeni Gündəm” xəbər verir ki, çəkilişdən sonra vətəndaş Zahidə Kanbayevaya icra hakimiyyətindən zəng edərək 7times.az-a verdiyi müsahibəni sildirmək müqavilində ona işlə təmin olunacağı vədi verilib. Daha sonra müsahibənin bir hissəsinin facebook sosial şəbəkəsində paylaşıldığını görən icra hakimiyyəti nümayəndəsi yenidən vətəndaşla əlaqə saxlayaraq daha buna gərək olmadığını bildirib.

Ölkənin ən böyük quşçuluq fabriki olan Siyəzəndə təkcə SOCAR-ın 3 böyük sənaye təyinatlı müəssisəsi var. Amma bu rayonda iş tapmaq müşkül məsələyə çevrilib.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki