İctimai nəqliyyat 2 gün işləməyəcəkbackend

İctimai nəqliyyat 2 gün işləməyəcək

Bu gündən yanvarın 18-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Doğru.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yanvarın 18-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Qərara əsasən, 16 yanvar saat 00:00-dan 18 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki