image-2000x150px
image-123
image-ads_atlas
İctimai nəqliyyat martın 9-dək işləməyəcəkbackend

İctimai nəqliyyat martın 9-dək işləməyəcək

image-728x90px

Bu gündən martın 9-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Doğru.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Eyni zamanda Nazirlər Kabineti tərəfindən “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişikliyə əsasən, martın 8-də də ictimai nəqliyyat işləməyəcək.

Bununla əlaqədar 06 mart saat 00:00-dan 09 mart saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki