image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2024-02-11t193204-886backend

III Çarlz xəstəliyi elan edildikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

image-728x90px

İngiltərə kralı III Çarlz fevralın 5-də Bukingem sarayının monarxa xərçəng diaqnozu qoyulduğunu elan etməsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Qeyd olunub ki, əlahəzrət bazar günü səhər Norfolkdakı Sandrinqem kral mülkünün ərazisində yerləşən Müqəddəs Məryəm Maqdalena kilsəsində keçirilmiş ayində iştirak edib.

Böyük Britaniya televiziya kanallarında nümayiş olunmuş kadrlarda Kraliça Kamillanın müşayiəti ilə 75 yaşlı kralın kilsəyə doğru getdiyi, yüngülcə çətir çubuğuna söykəndiyi, onu salamlayan insanlara əl yellədiyi və kanon Pol Uilyamsla əl sıxdığı görünür.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki