image-2000x150px
image-123
image-ads_atlas
Eulcekcian Viken Abrahambackend

İkinci Qarabağ müharibəsində Azərbaycana qarşı vuruşan livanlı muzdu döyüşçünün məhkəmə baxış iclası baş tutub

image-728x90px

Bakı Hərbi Məhkəməsində İkinci Qarabağda müharibəsində iştirak edən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmənin baxış iclası baş tutub.

Hakim Elbəy Allahverdiyevin sədrliyi iləYasamal rayon Məhkəməsinin inzibati binasında  keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. O, müvəkkilinə bəraət verilməsini xahiş edib. Daha sonra Eulcekcian Viken Abraham son sözünü deməsi təklif edilib. O da barəsində bəraət hökmünün çıxarılmasını hakimdən xahiş edib.

Livan Respublikasının vətəndaşı Eulcekcian Viken Abraham Ermənistan Silahlı Qüvvələrin tərkibində  maddi mükafat müqabilində  Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak edib.

Viken Eulcekciantörətdiyi cinayət əməllərinə görə  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hökm iyunun 14-də elan ediləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki