image-2000x150px
image-123
image-ads_atlas
image-ilham-eliyev-mehriban-eliyevabackend

İlham Əliyev və Mehriban Əliyeva taekvondo üzrə dünya çempionatının açılış mərasimdə

image-728x90px

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki