Aralarında Türkiyənin ilk astronavtı Alper Gezeravcının da olduğu “Ax-3” komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) çıxışı təxirə salınıb.
Bu barədə “SpaceX” özünün “X” sosial media hesabında açıqlama verib.
Bildirilir ki, Florida sahillərində əlverişsiz hava şəraiti ilə əlaqədar “Dragon” və “Ax-3” ekipajı fevralın 5-dən əvvəl BKS-i tərk etməyəcək.
O da vurğulanıb ki, komandalar BKS-dən ayrılma planları ilə bağlı hava şəraitini izləməyə davam edəcəklər.
Mənbə: A Haber