image-2000x150px
image-123
image-ads_atlas
image-357e0aff-2d0f-3c4e-813c-c975a12e275b_850backend

İlqar Rəhimov İslamiadadan qayıdan paralimpiyaçılarla görüşüb

image-728x90px

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov Konya-2021 V İslam Həmrəyliyi Oyunlarından qayıdan kamandan oxatma idman üzrə Azərbaycan yığmasının üzvlərini qəbul edib.

Qurumun mətbuat xidmətindən  verilən məlumata görə, İ.Rəhimov Oyunların komanda üçün uğurlu olduğunu bildirib və bu yarışda yüksək nailiyyətlər qazanmış idmançıları təbrik edib.

Paris-2024 Yay Paralimpiya Oyunlarına cəmi 2 il vaxt qaldığını vurğulayan MPK prezidenti bildirdi ki, məqsəd qarşıdakı yarışlara səmərəli hazırlaşaraq orada da yüksək nəticələrlə kamandan oxatma komandasının Yay Paralimpiya Oyunlarında iştirakını təmin etməkdir.

Baş məşqçi İlqar Abbasov Oyunların gərgin mübarizə şəraitində keçdiyini, buna baxmayaraq, idmançıların əzmkar mübarizə göstərdiyini qeyd edib. İ.Abbasov idmançıların qarşıdakı yarışlarda da yüksək nəticələr əldə edəcəyindən əminliyini bildirib.

Görüşdə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva da iştirak edib.

Qeyd edək ki,kamandan oxatma üzrə milli komanda üzvləri İslamiadada 2 bürünc medal qazanıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki