İranın Lorestan əyalətində 100-dən çox etirazçı saxlanılıb.
Doğru.az xəbər verir ki, bu barədə dövlət televiziyası IRIB polis departamentinə istinadən məlumat yayıb. Telegram kanalı bildirir ki, “iğtişaşlarda iştirak edən 100-dən çox şəxs və təhlükəsizlik üçün təhdid yaradan şəxslər əyalətin müxtəlif şəhərlərində müəyyən edilərək həbs edilib”.
Xatırladaq ki, 2025-ci ilin sonlarında İranda yaşayış qiymətlərinin kəskin artması və milli valyutanın məzənnəsinin düşməsi səbəbindən etirazlar başlamışdı.
Time jurnalının məlumatına görə, paytaxt Tehranda iğtişaşlar zamanı atışmalarda yaralanan ən azı 217 nəfər xəstəxanaya yerləşdirilib və ölümlər qeydə alınıb. Eyni zamanda, paytaxt hakimiyyəti etirazçılar tərəfindən banklar və məscidlərdə kütləvi qırğınlar törədildiyini açıqlayıb.
DOĞRU.AZ




























