İranda ABŞ və İsrailin hava hücumları zamanı həlak olduğu bildirilən ölkənin Ali Lideri Əli Xamenei ilə bağlı vida mərasiminin keçiriləcəyi tarix açıqlanıb.
Doğru.az xəbər verir ki, İslam Təbliğat Koordinasiya Şurasının rəhbəri Məhəmməd Hüseyn Musapur bildirib ki, mərasim martın 4-ü axşam saat 22:00-dan başlayaraq üç gün davam edəcək. Onun sözlərinə görə, vida mərasimi İmam Xomeyni məscidinin namaz zalında gecə-gündüz təşkil olunacaq.
Fars Xəbər Agentliyi Musapurun sözlərini sitat gətirərək yayıb.
Qeyd edək ki, martın 1-də İran dövlət televiziyası Əli Xameneinin vəfatı barədə məlumat yayıb. Ölkədə 40 günlük matəm və qeyri-iş həftəsi elan edildiyi bildirilib.
Məlumata əsasən, Ayətullahlar Şurası İranın növbəti ali lideri kimi Müctəba Xameneinin seçildiyini açıqlayıb.
DOĞRU.AZ


























