image-2000x150px
image-970x50px
İşaxtaranların peşə hazırlığı ödənişsiz olacaq- SON DƏQİQƏbackend

İşaxtaranların peşə hazırlığı ödənişsiz olacaq- SON DƏQİQƏ

image-728x90px

Baş nazir Əli Əsədov “Məşğulluq haqqında” qanuna edilən dəyişikliklərə uyğun olaraq bir sıra qərarlara dəyişiklik edilməsi haqda qərar imzalayıb.

Doğru.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, dəyişikliklərə uyğun olaraq həmin qanuna əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında nəzərdə tutulan müddətlər (təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində) bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.
İşsiz şəxslərlə yanaşı il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin də peşə hazırlığı ödənişsiz təşkil olunur.
Həmçinin tələbə və şagirdlərin valideynlərinə də peşəyönümünə dair məsləhət xidmətləri göstərilir.
Eyni zamanda seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak müqavilə əsasında 1 (bir) il müddətinə verilir.
Layihədə nəzərdə tutulan əsas dəyişikliklər:
1. əhaliyə göstərilən məşğulluq tədbirlərinin əhatə dairəsi daha da genişləndirilir;
2. işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına cəlb olunmasına imkan yaradılır;
3. “Məşğul şəxslərin reyestri”nin aparılmasında inzibatçılıq təkmilləşdirilir;
4. məşğul şəxslər barədə məlumatlar elektron qaydada aidiyyəti dövlət qurumlarının (ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri”) elektron sistemlərindən əldə olunur;
5. məşğulluq tədbirlərinin təşkilində elektron xidmətlərin tətbiqi daha da genişləndirilir;
6. hazırda haqqı ödənilən ictimai işlər və peşə hazırlığı proqramlarına yalnız işsiz şəxslər cəlb oluna bilər. Layihəyə əsasən haqqı ödənilən ictimai işlərə və ödənişsiz peşə hazırlığı kurslarına işaxtaran şəxslər də 20 faiz həcmində cəlb olunacaq;
7. İşaxtaran və işsiz şəxslər peşə hazırlığına Azərbaycan Respublikasının Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri” tərəfindən cəlb edilirlər.
8. peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə təşkil edilir.
9. Dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər tərəfindən təsis edilən əlavə təhsili həyata keçirən müəssisələr (universitetlər, institutlar, mərkəzlər və s.) peşə hazırlığını həyata keçirə biləcəkləri ixtisası göstərməklə, peşə hazırlığının həmin müəssisədə təşkili barədə Agentliyə müraciət edə biləcəklər.
10. Agentlik peşə hazırlığının nəzəri və praktiki hissələrini, məzmununu, müraciət etmiş müəssisələrin maddi-texniki bazasını, infrastrukturunu, təhsilverənlərin keyfiyyət göstəricilərini, onların gələcək məşğulluq imkanlarını nəzərə alaraq peşə hazırlığını həyata keçirəcək müəssisələri seçir.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki