image-2000x150px
image-123
image-ads_atlas
image-upload-ap23283649008000-pic_32ratio_900x600-900x600-91735backend

İspaniya İsrailin Qəzza zolağındakı hərəkətlərinə etiraz etməyə çağırıb

image-728x90px

İspaniyanın Unidas Podemos partiyasının lideri və sosial işlər naziri İone Belarra İsrailin Qəzzada törətdiyi hərəkətlərə görə ölkə vətəndaşlarını küçələrə çıxmağa çağırıb.

Onun sözlərinə görə, yəhudi dövləti yüz minlərlə insanı su və işıqsız qoyub, heç bir təhlükəsizlik zəmanəti olmadan evakuasiya tələb edib.

O, İsraili dinc sakinləri bombalamaqda ittiham edib, bu, “beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və müharibə cinayəti sayıla bilər”.

Belarra həmçinin İspaniyanın Avropa Birliyinə (AB) sədrliyini İsrailə dəstək mövzusunda ABŞ-ın xəttindən uzaqlaşmağa və Qlobal Cənub ölkələri ilə məqbul həll yolu axtarmağa çağırıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki