İspaniya yığması 2024-cü ildə Almaniyada keçirilən Avropa çempionatının yarımfinalında Fransa yığmasını məğlub edib.
Doğru.az xəbər verir ki, Münhendə “Allianz Arena” stadionunda keçirilən görüş 2:1 hesabı ilə başa çatıb.
Bununla da İspaniya yığması cari Avropa çempionatının ilk finalçısı olub. “Qırmızı Fury” həlledici görüşdə İngiltərə – Hollandiya cütünün qalibi ilə oynayacaq. İspaniya millisi üçün bu final öz tarixində beşinci olacaq.
DOĞRU.AZ