image-2000x150px
image-123
image-ads_atlas
image-upload-2023-06-13t182217z_719188911_rc29i1audgdt_rtrmadp_3_israel-palestinians-gaza-war-art-pic_32ratio_900x600-900x600-45279backend

İsrail Qəzza zolağından raket atəşinə tutulub

image-728x90px

İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağından olan fələstinli radikalların səhər saatlarında İsrail ərazisini raket atəşinə tutduğunu bildirib.

“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri şiddətlə tövsiyə olunur”, – bəyanatda deyilir.

RİA Novosti-nin müxbirinin verdiyi məlumata görə, Qəzza zolağı İsrailə onlarla raket atıb. Təl-Əvivdə raket hücumları barədə xəbərdarlıq sirenlərinin səsləndiyi, siqnalın şəhərin şimal hissəsində aydın eşidildiyi dəqiqləşdirilir.

Bundan əvvəl İsrailin cənubunda, Qəzza zolağı ilə sərhəd yaxınlığında, eləcə də Təl-Əviv ərazisində hava siqnalları səslənməyə başlayıb.

Mənbə: Reuters

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki