image-n1karobka_ads
image-123
image-upload-rtx6p2ic-pic905-895x505-14400backend

İsrailin baş naziri İrana nüvə proqramının inkişafının nəticələri barədə xəbərdarlıq edib

image-ad_qayo_720x110px

İsrailin baş naziri Benyamin Netanyahu xəbərdarlıq edib ki, ölkə hakimiyyəti İranın nüvə proqramının inkişafının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə etməyə hazırdır.

Bu barədə Sky News telekanalı məlumat yayıb.

“Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi təhlükə və ya hərbi varianta müraciət etmək istəyi ilə birlikdə işləyə bilər…”, – deyə İsrailin baş naziri izah edib.

Onun sözlərinə görə, İranın nüvə proqramını cilovlamaq cəhdləri heç bir nəticə verməyəcəksə, güclü qətnamə müzakirə oluna bilər.

“Biz arxada oturub heç nə etməyəcəyik” dedi Netanyahu.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki