image-2000x150px
image-123
image-ads_atlas
image-metrobackend

İstanbulda yeni metro xətti istifadə verilib – FOTO/VİDEO

image-728x90px

İstanbulda 8,4 kilometr uzunluğunda yeni metro xətti istifadə verilib.

Doğru.az xəbər verir ki, açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda İstanbulda ən böyük problemin nəqliyyat olduğunu vurğulayıb.

Qeyd edilib ki, şəhərin əhali sayı baxımından ən sıx bölgələrindən birində inşa edilən bu metro xətti sərnişindaşımanın yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Xəttin yaxın 25 ildə ölkə iqtisadiyyatına 6 milyard ABŞ dollarından çox gəlir gətirəcəyi təxmin edilir. Bugünkü açılışla İstanbulda tamamlanan relsli sistem şəbəkəsinin uzunluğu 348 kilometrə çatdırılır.

İstanbulda daha iki metro xəttinin inşasının davam etdiyini deyən Prezident Ərdoğan bu xətlərin İstanbul hava limanı və şəhərin ən böyük məscidlərindən biri olan Çamlıcanın yerləşdiyi ərazini də əhatə edəcəyini bildirib.

Qeyd edilib ki, biri 31,5, digəri isə 4,5 kilometr uzunluğunda olan bu iki layihə ən qısa zamanda başa çatdırılacaq və İstanbulun relsli sistem şəbəkəsinin uzunluğu 384 kilometrə çatdırılacaq.

İctimai nəqliyyatda ağırlığın 72 faizinin avtomobil yollarının, təxminən 26 faizinin isə dəmiryol sistemlərinin payına düşdüyünü qeyd edən Ərdoğan 2029-cu ilə qədər bu nisbətin dəyişdirilərək, avtomobil yollarının yükünü 60 faizə qədər azaldıb, relsli sistemlərini isə 37 faizə çatdıracaq bir infrastruktur yaratmağın əsas məqsədlərdən biri olduğunu deyib.

Ölkə başçısı İstanbulun zəlzələlərə hazırlıqlı olması baxımından yenidən qurulmasının şəhərin ən vacib məsələlərindən biri olduğunu qeyd edib.

Sonra yeni metro xətti sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, yeni istifadəyə verilən, İstanbulun Avropa tərəfində inşa edilən yeddi stansiyalı bu xətt ümumilikdə 105 min kvadratmetr qapalı sahəni əhatə edir.

Gündəlik bir milyon sərnişinə xidmət etməsi gözlənilən yeni metro xətti ilə şəhərin ətraf bölgələrindən sahilə qədər olan məsafə 13,5 dəqiqəyə qədər azalacaq.

DOĞRU.AZ

image-17100852133852934367_1200x630 image-1710085213346015210_1200x630 image-metro

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki