image-n1karobka_ads
image-123
image-69570a2602e8bd3edb76f3bdbackend

Jair Bolsonaro xəstəxanadan buraxıldı və həbsxanaya qaytarıldı

image-ad_qayo_720x110px

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro xəstəxanadan evə buraxılıb və yenidən həbs cəzasını çəkmək üçün Federal Polis qərargahına qaytarılıb.

Doğru.az xəbər verir ki, G1 portalının məlumatına görə, Bolsonaro bu cümə axşamı müalicə aldığı tibb müəssisəsindən çıxarılaraq Braziliyadakı Federal Polisin qərargahına aparılıb.

Bildirilib ki, sabiq prezident ikitərəfli qasıq yırtığı və uzunmüddətli hıçqırıqlarla bağlı bir neçə cərrahi əməliyyat keçirib.

Qeyd olunur ki, Bolsonaronun müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı müraciət etsə də, Braziliya Ali Məhkəməsi bu tələbi rədd edib.

Xatırladaq ki, ötən ilin sentyabr ayında məhkəmə Jair Bolsonaronu dövlət çevrilişinə cəhddə təqsirli bilərək 27 il 3 ay müddətinə azadlıqdan məhrum etmişdi. Daha sonra həkimlər onun onkoloji xəstəliyə tutulduğunu da açıqlamışdılar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki