Sakit okean akvatoriyasında, Petropavlovsk-Kamçatskidən 98 kilometr aralıda güclü yeraltı təkan qeydə alınıb.
Doğru.az xəbər verir ki, regional Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, afterşokun maqnitudası 6,1 bal olub.
“Instrumental göstəricilərə görə, zəlzələ rayon mərkəzinin müxtəlif ərazilərində 5 bal gücündə hiss olunub”, – idarədən bildirilib.
Məlumata görə, sunami təhlükəsi elan edilməyib.
Xatırladaq ki, ötən həftə seysmoloqlar Kamçatkada bir gün ərzində 40-a yaxın yeraltı təkan qeydə almışdılar.
DOĞRU.AZ