image-2000x150px
image-123
image-ads_atlas
image-img-20220330-wa0083backend

Kamran Əliyev gələcək nəsil üçün örnəkdi – FOTO

image-728x90px

Gənclik böyük və tükənməz bir qüvvədir. Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir. Gəncliyin savadlı, dünyagörüşlü yüksək əxlaqlı, tərbiyəli, vətənpərvər ruhlu olması hər bir dövlət üçün vacibdir. Gənclər cəmiyyətin aparıcı təbəqəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olan, dünyada gedən prosesləri qavrayan, müasir texnologiyalarla işləməyi bacaran, əqidəli, milli-mənəvi dəyərlərə malik gənclər Vətənimizi uğurlu gələcəyə aparmaq üçün böyük qüvvədir. Buna görə də inkişaf və inteqrasiya məhz gənclərlə addımlayır. Dövlətin və cəmiyyətin gələcəyi gənclərdir və gələcəyini düşünən dövlət gənclərin inkişafına qayğı göstərir. Gənclərin inkişafına yardım edən hər bir dövlət bununla öz xoşbəxt və firavan gələcəyini təmin edir. Bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Azərbaycan gəncliyinin lideri olan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır. Belə gənclərdən biri də Kamran Əliyevdir.

Əliyev Kamran Əbülfəz oğlu 17 yanvar 1999-cu ildə Bakı şəhərində anadan olub. 2016-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2021-ci ildə isə təhsilini başa vurub. Hazırda Ali Neft Məktəbində “Biznesin idarəedilməsi və təşkili” ixtisası üzrə magistr təhsili alır. Rus, ingilis və ispan dillərini bilir.

30.03.2017-27.08.2018 – ci il tarixlərində “ASAN Könüllüləri” Təşkilatında müxtəlif vəzifələrdə çalışmış və “ASAN Könüllüləri” Təşkilatının idarə heyətinin üzvü olmuşdur. “AVO MUN” 2017, “AVRO MUN” 2018, “Könüllülər Parlamenti-Azərbaycan – 2017” layihələrinin icrasında təşkilat komitəsinin rəhbəri olub. Azərbaycan Respublikasının Milli Məclisinin dəstəyilə həyata keçirilən “Könüllülər Parlamenti-Azərbaycan – 2019” layihəsinin rəhbəri olub. “UNİCEF”in dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Uşaq Hüquqlarının Təşviqi” layihəsi çərçivəsində layihə koordinatoru kimi çalışıb. “USAİD” və “Counterpart İnternational” əməkdaşlığı ilə həyata keçirilən “Woman Participation Program (WPP)” layihəsinin təlimlər üzrə eksperti olub. 2019-cu ildə həyata keçirilən BMT-in Dövlət Xidmətləri Forumunun təşkilat komitəsinin üzvü olub. Həmçinin “İstedadların və mükafatların idaredilməsi” konfransı, “HR SUMMİT” layihələrinin təşkilatçısı olmuşdur.

2020-ci ildən etibarən “Aqrar İnkişaf Könüllüləri” təşkilatının sədri, “Azərbaycan Könüllülər Təşkilatları İttifaqı”nın idarə heyətinin üzvü seçilib.

2020-ci ildə uğurlu fəaliyyətinə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən təltif edilmişdir.

2021-ci ildən etibarən isə “Azərbaycan Könüllülər Təşkilatları İttifaqı”nın sədr müavini vəzifəsini icra edir. Həmçinin 2021-ci ildə “Post COVİD-19”, “4-cü sənaye inqilabı perspektivlərindən təhsilin dizaynı” mövzusunda keçirilən beynəlxalq konfranslarda təşkilat komitəsinin üzvü, Moskva şəhərində keçirilən “Biz birlikdəyik” vətəndaş iştirakçılığı formunda beynəlxalq müsabiqənin finalisti olmuşdur.

Kamran Əliyev “Aqrar İnkişaf Könüllüləri” təşkilatının sədri olduğu dövrdə təşkilatın üzvləri, könüllüləri hər zaman öz fəaliyyət istiqamətlərinə uyğun olaraq ölkəmizin hərtərəfli və davamlı inkişafına mühüm töhfə vermək üçün ciddi səylə çalışıblar. Aqrar inkişaf könülləri təşkilatı 3-dən çox beynəlxalq layihədə istirak edib, 40-dan çox respublika miqyaslı layihə, 5000-dən çox lokal xarakterli tədbirlər təşkil edib. Aqrar İnkişaf Könüllüləri rayonlarda yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə pandemiyaya qarşı həyata keçirilən tədbirlərdə də fəal iştirak ediblər.

30.09.2016 – 30.11.2016-ci il tarixlərində 1 saylı Bakı “ASAN xidmət” mərkəzində könüllü kimiçalışıb. 01.12.2016-29.03.2017-ci il tarixdə AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində fəaliyyət göstərib.

Kamran Əliyev uğurlu fəaliyyətlərinə görə 27 mart 2022-ci ildə Azərbaycan Ağır Atletika Federasiyasına icraçı direktor təyin olunub. Bu münasibət ilə, Dogru.az komandası olaraq, Kamran müəllimi təbrik edir, fəaliyyətində bol-bol uğurlar arzu edirik.

Günəş NƏSİBLİ

image-img-20220330-wa0082 image-img-20220330-wa0085

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki