image-2000x150px
image-123
image-ads_atlas
image-img-20210617-wa0138backend

Kərimbəyli kəndinin qəhraman övladı – FOTOLAR

image-728x90px

Həsənov İbrahim Məzahir oğlu 08.05.1987-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub.

Doğru.az xəbər verir ki,  1994-cü ildə Füzuli rayonunun Əkrəm Səlimov adına Kərimbəyli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olub. Həmin məktəbi 2005-ci ildə bitirib.

2005-ci ildə həqiqi hərbi xidmətə gedib.

2007-ci ildə bitirib. 2009-cu ildə müddətdən artıq hərbi xidmətə başlayıb, N saylı hərbi hissədə xidmət edirdi. Oradan xüsusi təyinatlı qüvvələrdə 6 aylıq kursuna yazılır.

Kursa daxil olur və 500 nəfərin arasından həmin kursu 18 nəfər bitirir. Həmin 18 igidin arasında Həsənov İbrahim də var idi. XTQ kursun bitirdikdən sonra gizir rütbəsi verilir.

2016-cı il Aprel döyüşlərində iştirak edib. Orada yüngül yaralar alsada xidmətinin davam etdirib. 2-ci Qarabağ müharibəsində fəal iştirak etmiş. 16.10.2020-ci ildə Füzuli rayonunda ağır döyüşlərdə qəhramanlıq göstərərək ağır yaralanmışdı.

Cənab Ali Baş Komandanın əmri ilə Cəbrayılın ve Füzulinin azad olmasında və şücaətə görə və xidmətdə fərqlənməyə görə medalları ilə təltif olunmuşdur.

Aprel ve ikinci Qarabağ müharibəsində saysız-hesabsız düşməni məhv etmişdir.

DOĞRU.AZ

image-img-20210617-wa0136 image-img-20210617-wa0135 image-img-20210617-wa0134 image-img-20210617-wa0137 image-img-20210617-wa0138

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki