image-n1karobka_ads
image-123
image-17615427996370032371_1200x630backend

Keşlədə tikinti materialları və “Mercedes” avtomobili yanıb

image-ad_qayo_720x110px

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində yanğın hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə tikinti materiallarının yanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində alovun genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı ümumi sahəsi 400 kvadratmetr olan talvar altına yığılmış tikinti materialları 150 kvadratmetr sahədə və yaxınlıqda dayanmış “Mercedes” markalı minik avtomobilinin salon hissəsi qismən yanıb.

Tikinti materiallarının və avtomobilin qalan hissəsi, eləcə də ətraf ərazilər yanğından mühafizə olunub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki