Ukrayna hərbçiləri zərbə versiyasına çevrilmiş S-200 kompleksinin raketi ilə Krıma hücum etməyə cəhd ediblər.
Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 19-na keçən gecə Kiyev rejimi Krım ərazisində terror aktına cəhd edib.
Nazirlik dəqiqləşdirib ki, yarımada S-200 hava hücumundan müdafiə sisteminin zərbə versiyasına çevrilmiş zenit raketi ilə hücuma məruz qalıb. Rusiya hərbçiləri sursat tapıb və onu havada vurublar.
Hərbi idarə hadisə zamanı xəsarət alan olmadığına, yerdə heç bir dağıntının qeydə alınmamasına diqqət çəkib.
Mənbə: Gazeta.ru