Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Doğru.az xəbər verir ki, hadisə Koroğlu istiqamətindən Sabunçu istiqamətinə gedən yolda qeydə alınıb. İlkin məlumata görə, yolu keçmək istəyən piyadanı hərəkətdə olan avtomobil vurub.
Hadisənin hansı səbəbdən baş verdiyi və piyadanın vəziyyəti barədə hələlik ətraflı məlumat yoxdur. Doğru.az-ın hadisə yerindən əldə etdiyi fotolarda əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb olunduğu görünür.
Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.


























