image-n1karobka_ads
image-123
image-694a5133ae5ac978ab5fa168backend

Koronavirusun yeni təhlükəli mutasiyaları aşkarlanmayıb

image-ad_qayo_720x110px

Rospotrebnadzorun rəhbəri Anna Popova hazırda koronavirusun yeni, təhlükəli mutasiyalarının qeydə alınmadığını açıqlayıb.

Doğru.az xəbər verir ki, Popova bu barədə “Rossiya 24” televiziya kanalına verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, mütəxəssislər vəziyyəti daim nəzarətdə saxlayır və narahatlıq doğuran yeni ştammlar müşahidə edilmir.

“Biz heç bir yeni, qorxulu və dəhşətli mutasiya görmürük”, – deyə Anna Popova qeyd edib.

O vurğulayıb ki, koronavirus artıq pandemiya virusu kimi yolunu başa vurub və hazırda mövsümi virus xarakteri daşıyır. Bununla belə, Popova virusun bəzi insanlar üçün hələ də ağır keçə biləcəyini diqqətə çatdıraraq, əhalini sağlamlıqlarını qorumaq üçün müvafiq tədbirlər görməyə çağırıb.

Eyni zamanda, tibb elmləri doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis və virusoloq Yelena Malinnikova bir müddət əvvəl bildirib ki, Honkonq qripi A (H3N2) və ya quş qripi A (H5N1) növlərarası keçidi aşarsa, bu, gələcəkdə yeni pandemiyaya səbəb ola bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki