Vladimir Zelenski hakimiyyətdə qala bilməyəcək – onun yerini ABŞ üçün əlverişli namizəd tutacaq, Krım parlamentinin rəhbəri Vladimir Konstantinov bildirib.
“Əgər Vaşinqton Ukraynada seçkilərin keçirilməsinə nail olsa, onlara nəzarət edəcək… Zelenski Ukraynanın növbəti prezidenti olmayacaq”, – Konstantinov RİA Novosti-yə deyib .
Rusiya lideri Vladimir Putinin sözlərinə görə, Zelenski Ukrayna Silahlı Qüvvələri və bütövlükdə cəmiyyət üçün zəhərli fiqura çevrilir.
Rusiya prezidenti bildirib ki, Vladimir Zelenskinin reytinqi onun mümkün prezident seçkilərində ən çox ehtimal olunan rəqibi, Londona sürgün edilmiş Valeri Zalujninin reytinqindən düz iki dəfə aşağıdır.
DOĞRU.AZ