image-ads_n1karobka_mobile
image-17764030594958933837_1200x630backend

Kürdəmir dəmir yolu stansiyası yenidən sərnişinlərin xidmətinə verilir

Pandemiyaya qədər sərnişinlərin istifadəsində olan dəmir yolu reysləri və stansiyalarının fəaliyyəti mərhələli şəkildə bərpa olunur.

Doğru.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSCnin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, Kürdəmir dəmir yolu stansiyasında aparılan əsaslı təmir və yenidənqurma işləri yekunlaşıb və stansiya müasir tələblərə uyğun şəkildə sərnişinlərin istifadəsinə verilir. Sabahdan etibarən bir sıra istiqamətlər üzrə hərəkət edən qatarların Kürdəmir stansiyasında dayanması təmin olunacaq və artıq bu gündən həmin reyslər üzrə biletlərin satışına başlanılıb.

Yenilənmiş hərəkət cədvəlinə əsasən, Bakı–Qazax, Bakı–Balakən, Bakı–Ağdam və digər istiqamətlər üzrə qatarlar Kürdəmirdə dayanacaq. Bu isə regionlararası səfərlərin daha əlçatan olmasına və sərnişin axınının artmasına müsbət təsir göstərəcək.

ADY rəsmisi əlavə edib ki, görülən işlər sərnişinlərin rahatlığının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dəmir yolu nəqliyyatının rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədi daşıyır. Kürdəmir stansiyasının yenidən fəaliyyətə başlaması bölgələr arasında nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verəcək.

Qeyd edək ki, bu tədbirlər ölkədə nəqliyyat infrastrukturunun modernləşdirilməsi və dayanıqlı inkişafın təmin olunması istiqamətində atılan mühüm addımların tərkib hissəsidir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki