Hadisə23.04.2024 - 09:20317Kürdəmirdə 71 yaşlı qadın su quyusuna düşərək ölüb Kürdəmirdə qadın yaşadığı evin həyətyanı sahəsindəki su quyusuna düşüb. APA xəbər verir ki, hadisə rayonun Qarasaqqal kəndində qeyd alınıb. Hadisə nəticəsində 1953-cü il təvəllüdlü Xəzəngül Cəfərova ölüb. Faktla bağlı araşdırma aparılır. DOĞRU.AZ