Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) məlumatına görə, Şimali Koreyanın kəşfiyyat peykini buraxmaq üzrə ikinci cəhdi raket daşıyıcısının uçuşunun üçüncü mərhələsində yaranan problemlər səbəbindən uğursuz başa çatıb.
Yaponiya Müdafiə Nazirliyi KXDR raketinin bir neçə hissəsinin düşməsini qeydə alıb. Fövqəladə detonasiya sistemində xəta göstərilib.
Daşıyıcı raketin buraxılışı Sohe kosmodromundan həyata keçirilib. Peykin orbitə çıxarılması üçün növbəti cəhd oktyabr ayına planlaşdırılır.
Peykin buraxılması üçün əvvəlki cəhd mayın 31-də Pxenyan tərəfindən edilib. Həmin vaxt “Mulligyeong-1” hərbi kəşfiyyat peykini daşıyan “Çollima-1” raketi ikinci pillədəki mühərrikdə problemlər və yanacağın qeyri-sabitliyi səbəbindən Sarı dənizə düşüb.
Mənbə: Haber Global