image-n1karobka_ads
image-123
image-17535548905460956525_1200x630backend

Laçında avtomobil aşıb: 3 nəfər ölüb, 1 yaralı

image-ad_qayo_720x110px

Laçın rayonunun Qarakeçdi kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Doğru.az xəbər verir ki, Mahir Abdullayevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Qəza nəticəsində sürücü, eləcə də sərnişinlər Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin Ramilə Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

image-1753554890845064767_1200x630 image-1753554890470448859_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki