Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazır olduğunu açıqlayıb.
O, bunu Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının himayəsi altında keçirilən “Tarixi Cənubi Rusiya Torpaqları” konfransında deyib.
“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalamaq lazımdır, biz onlara səmimi qəlbdən bu işdə uğurlar arzulayırıq… Əgər hər iki tərəf bunda maraqlı olarsa, biz bundan sonra da yardım etməyə hazırıq”, – Lavrov qeyd edib.
Onun sözlərinə görə, razılaşma Rusiya, Azərbaycan və Ermənistan arasında bir neçə üçtərəfli sammitlər sayəsində mümkün olub.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycanla sülh sazişi imzalamağa və eyni zamanda ATƏT-in Minsk Qrupunu ləğv etməyə hazırdır.
DOĞRU.AZ