Lənkəranda intensiv yağan yağışdan sonra Lənkərançay daşıb, həyətləri su basıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında Lənkəranda yağan intensiv yağışdan sonra kanallar daşaraq həyətyanı sahələrə dolub.
Rayonun Sütəmurdov kəndi ərazisindən keçən Lənkərançay daşıb.
Hazırda Lənkəranda yağış dayanıb. Rayonda buludlu hava şəraiti müşahidə olunur.
DOĞRU.AZ