image-2000x150px
image-123
image-ads_atlas
image-1588746359_xestexana1backend

Lənkəranda kişi arvadını və özünü baltaladı

image-728x90px

Lənkəranda ər arvadına və özünə xəsarət yetirib.

APA-nın məlumatına görə, hadisə rayonun Mamusta kəndində baş verib.

Belə ki, kənd sakini 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikovun əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya, daha sonra özünə balta ilə xəsarət yetirdiyi bildirilir.

Hər iki şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər X.Məlikovaya başın kəsilmiş yarası, sol mil sümüyünün qəlpəli sınığı, Ş.Məlikova isə hər iki saidin, döş qəfəsinin, boyunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar.

Ş.Məlikov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki