Doğru.az-ın əldə etdiyi məlumata görə, Lənkəran rayonu ərazisində baş verən yol qəzası nəticəsində bir ailənin beş üzvü xəsarət alıb. Hadisə Ələt-Astara magistralının 165-ci kilometrliyində qeydə alınıb.
1976-cı il təvəllüdlü Fəxrəddin Mirzəyev “Toyota Prado” markalı avtomobillə Astara istiqamətində hərəkət edərkən sükan arxasında yuxuya getməsi səbəbindən maşını aşırıb. Nəticədə sürücünün ailə üzvləri – həyat yoldaşı Yeganə Alişanova, qızları Afət və Fəxriyyə Mirzəyeva, baldızı Tahirə Alişanova və azyaşlı qohumu A.Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan Yeganə Alişanova cərrahiyyə şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi isə xəstəxananın digər şöbələrində davam etdirilir.
Məlumata görə, ailə Lerik rayonuna toy məclisinə gedirmiş. Faktla bağlı araşdırma aparılır.
DOĞRU.AZ