Lerik rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Report xəbər verir ki, hadisə rayonun Zenoni kəndi yaxınlığında baş verib.
İlkin məlumata əsasən, “Ford” markalı mikroavtobusun yoldan çıxaraq aşması nəticəsində Yardımlı rayon sakini ölüb, dörd nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Yardımlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
DOĞRU.AZ