Lerik rayonunun Sivəkəran kəndi ərazisində piyadalar üçün nəzərdə tutulmuş körpüdən bir qadın dərəyə yıxılıb. 1963-cü il təvəllüdlü E.Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.
Məlumat əsasında FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunaraq qadını dərədən çıxarıb və təcili tibbi yardım briqadasına təhvil veriblər.
İlqam Cəbiyev
DOĞRU.AZ