Qırx dörd gün davam edən ikinci Qarabağ müharibəsi qələbə zəfəri ilə tarixin yaddaşına adını qızıl həriflərlə yazmağı bacardı. Bizə bu xoş günü bəxş edən Ali Baş Komandan İlham Əliyev başda olmaqla rəşadətli ordumuza dünya durduqca borcluyuq. Bu vətən üçün şirin canından keçən igidlərimiz tariximizin silinməz yaddaşı, igidcəsinə döyüşərək sağlam və qazi şəkilində evlərinə dönən oğullarımız isə Qarabağ döyüşünün canlı əfsanələridirlər.
Doğru.az Lerikli igidimizin döyüş yolu ilə sizi tanış edəcək.
Lerikin Zərdəbərə kənd sakini Şiriyev Rahib Bağı oğlunu Leriklilər çox gözəl tanıyır. Tanımayan digər oxucularımıza da bu igidimizin kim olduğunu qısa olaraq bildirim. Rahib Şiriyev Lerikin sayılıb-seçilən ağsaqqallarından olan, rayonun ilk icra başçısı olmuş artıq haqq dünyasına qovuşan Ataxan Şiriyevin qardaşı oğludur. Əmisinin qoyduğu yolu layiqincə, şərəflə davam edən Rahib Şiriyev hal-hazırda icra strukturunda işləyərək, insanları narahat edən məsələlərin müsbət həllinə doğru çalışır.
İndi deyəcəksiniz ki, bu insanı ikinci Qarabağ döyüşləri ilə bağlayan nədir?. Bu insanı Qarabağ döyüşləri ilə bağlayan nə olduğunu deyim sizilərdə bilin. Haqqında söhbət etdiyim insan bütün vəzifə sahiblərinə örnəkdi. Nəticəsi olmayaraq, elə boş-boşuna, boğazdan yuxarı vətən, vətən deyən rayonlarımızın icra başçıları, nazirlərimiz, milli məclisin deputatları və.s vəzifə sahibləri Vətən müharibəsi zaman oğlanlarını döyüşə göndərməyəndə, xaricə qaçırdanda Rahib Şiriyev vəzifədə ola- ola vətənin çətin günündə döyüşə yollandı.
Rahib Şiriyev iyirmi doqquz sentyabr da zabit olaraq könüllü döyüşlərə yollanaraq, Füzuli və Şuşa istiqamətində gedən gərgin döyüşlərdə şücaət göstərək, düşmənə qan uddurmağı bacardı. İgidliyi ilə bütün vəzifə sahiblərinə sübut etdi ki, bu vətən hər bir vətəndaşın vətənidir. Rahib Şiriyev göstərdi ki, istər kasıb ol istərsə də varlı fərq etməz hərbi geyimi geyinəndə eyni təbəqədə olan insansan. Lerikli igidimiz keçdiyi döyüş yolu ilə bir daha bəyan etdi ki, hansı vəzifədə çalışırsan çalış Vətən qarşısında hamı sadə vətəndaşdır.

























