image-n1karobka_ads
image-123
image-695bfc24ae5ac96fbd3ea3a6backend

Maduronun həyat yoldaşının tutulması zamanı qabırğaları sınıb

image-ad_qayo_720x110px

Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı Cilia Floresin vəkili Mark Donnelly Nyu-York məhkəməsində ifadə verib. O, Floresin ABŞ hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən ağır xəsarətlər aldığını bildirib.

Doğru.az xəbər verir ki, CNN-in məlumatına görə, Donnelly Floresin qabırğalarının sınıb və ya ciddi şəkildə zədələndiyini, tibbi yardıma ehtiyacı olduğunu iddia edib. Vəkilin sözlərinə görə, hadisə “oğurlanma” zamanı baş verib və bu zaman Flores ciddi fiziki zərər görüb.

Dinləmə zamanı Maduronun vəkili də çıxış edərək Venesuela liderinin səhhətində problemlərin olduğunu qeyd edib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuelada genişmiqyaslı hərbi əməliyyata başlayıb. Əməliyyat zamanı prezident Nikolas Maduro və həyat yoldaşı saxlanılaraq deportasiya edilib. Daha sonra Venesuela lideri Bruklin həbsxanasına aparılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki