Rusiyanın Mahaçqala şəhərində uzun sürən yağışlardan sonra bir sıra küçələr yenidən su altında qalıb.
Doğru.az xəbər verir ki, bu barədə RİA Novosti-nin müxbiri məlumat yayıb.
Bildirilib ki, yağış bütün gecə davam edib və səhərə qədər kəsilməyib. Nəticədə yol şəraiti xeyli çətinləşib. Ən ciddi daşqın Reduktornı mikrorayonunda qeydə alınıb. Böyük Pyotr prospektinin bəzi hissələri su altında qaldığından avtomobillərin hərəkəti və piyadaların yolu keçməsi çətinləşib.
Fövqəladə Hallar Nazirliyi daha əvvəl Dağıstan ərazisində altı yaşayış məntəqəsində 973 evin güclü yağışlardan sonra su altında qaldığını açıqlamışdı. Mart ayının sonunda rekord yağıntılar səbəbindən bölgənin beş şəhər və üç rayonunda fövqəladə vəziyyət elan olunub.
Daşqınlardan sonra infeksiya riskinin artması səbəbindən fövqəladə hal zonasında viruslu hepatit A-ya qarşı təcili peyvəndləmə kampaniyasına başlanılıb.
DOĞRU.AZ


























