image-ads_n1karobka_mobile
image-68b9a85cae5ac95200731574backend

Makron: 26 ölkə Ukraynaya qoşun göndərməyə hazırdır

Fransa prezidenti Emmanuel Makron atəşkəs və ya sülh bərqərar olmasından sonra 26 ölkənin Ukraynaya qoşun göndərməyə hazır olduğunu bildirib.

Doğru.az xəbər verir ki, bu barədə Sky News məlumat yayıb.

Onun sözlərinə görə, 26 ölkə təhlükəsizlik qüvvəsi kimi Ukraynaya qoşun yerləşdirməyə və ya quruda, dənizdə və ya havada iştirak etməyə hazırdır.

Makron əlavə edib ki, ABŞ-ın təhlükəsizlik zəmanətləri yaxın günlərdə yekunlaşacaq. Qeyd edək ki, bir müddət əvvəl NATO-nun baş katibi Mark Rutte Qərb ölkələrinin hərbi kontingentinin Ukrayna ərazisinə göndərilməsi məsələsindən danışarkən Rusiyaya qarşı sərt bəyanatla çıxış edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki