image-n1karobka_ads
image-123
image-nocomment_b8d46fbd8afb0b1b4bf4f4fdee710c2f_aeliwky0qb42n1g5m6tf-e1610725071640backend

Makron Ərdoğan və Aİ liderləri ilə Ukraynanı müzakirə edib – FOTO

image-ad_qayo_720x110px

 

Fevralın 23-də Fransa prezidenti Emmanuel Makron bir sıra telefon danışıqları aparıb və Ukraynadakı münaqişənin həllini müzakirə edib.

Bu barədə o, X sosial şəbəkəsində yazıb.

O, xüsusilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta, Almaniya kansleri Olaf Şolz, Böyük Britaniyanın baş naziri Key Starmer, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın baş naziri Viktor Orbanla danışıqlar aparıb.

Onun sözlərinə görə, tərəflər Ukraynadakı münaqişənin həlli və Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsini müzakirə ediblər.

“Son bir neçə gündə avropalı həmkarlarımız və müttəfiqlərimizlə müzakirələrimizi davam etdirərək, biz Ukraynada uzunmüddətli və sabit sülhə nail olmaq istəyirik”, – nəşr yazır.

Daha əvvəl bildirilib ki, Ərdoğan Makrona Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara başlamaq zərurətindən danışıb

DOĞRU.AZ

image-screenshot_20250224_114144_x

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki