Fransa lideri Emmanuel Makron Fransanın şərqindəki Annesi şəhərində uşaqlar və böyüklərin yaralandığı bıçaqlı hücumu pisləyib.
Bu barədə dövlət başçısı “Twitter” hesabında yazıb.
“Bu səhər Annesi Parkında görünməmiş qorxaqlıq hücumu. Uşaqlar və böyüklər ölümlə həyat arasındadır. Ölkə şokdadır. Düşüncələrimiz hücuma məruz qalan və onları xilas etməyə çalışanların ailələri ilədir”, – Makron yazıb.
Hücum edən şəxsin polis tərəfindən saxlanıldığı qeyd edilir. Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs Suriyadandır, o, Fransadan siyasi sığınacaq istəyib.
İyunun 8-də səhər saatlarında Fransanın Ansi şəhərinin gölün sahilindəki parkında uşaq meydançasında uşaqlara hücum olub. Hasardan tullanan şəxs bağçanın şagirdlərinə hücum edib.
Mənbə: Haberler.com
DOĞRU.AZ