Doğru.az xəbər verir ki, son günlər koronavirusun 3-cü dalğasının gələcəyi ilə bağlı xəbərlər yayılmağa başlayıb.Bununla bağlı Türkiyə mediasında həkimlər həyəcan təbili çalır.
Koronavirusun 3-cü dalğasının azərbaycanda da yayılması ehtimalı böyükdür. Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Azadinfo.az-a açıqlamasında koronovirus infeksiyasının yenidən artacağını bildirib:
“Məktəblərin və universitetlərin açılması ictimai nəqliyyatda sıxlığın yaranmasına səbəb olub. Beləliklə də sosial məsafəni qorumaq mümkün olmur.
Biz pandemiya dövründə yaşayırıq və aramızda xəstələr, virus gəzdirənlər var. Hər an yeni virus yayıla, virusa yoluxanların sayı arta bilər”.
























