image-n1karobka_ads
image-123
image-fb_img_1752009127918backend

Masallıda Vətən müharibəsi şəhidinin məzarı ziyarət olundu – FOTO

Masallı rayonunun Sığdaş kəndində Vətən müharibəsi şəhidi Amid Salayevin məzarı ziyarət olunub.

Doğru.az xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova şəhidimizin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib. Ziyarət zamanı gül dəstələri qoyulub, ruhuna dualar oxunub.

Arzu Bağırova bildirib ki, belə ziyarətlər şəhidlərimizin qəhrəmanlıq tariximizi yaşatmaq və gələcək nəsillərə ötürmək üçün vacibdir:

“Bizim azad və müstəqil yaşamağımız Amid Salayev kimi qəhrəmanların sayəsindədir. Cənab Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğı, həmçinin onların sosial müdafiəsinin gücləndirilməsi ölkəmizin gələcəyi üçün böyük önəm daşıyır.”

DOĞRU.AZ

DOĞRU.AZ

image-fb_img_1752009135256 image-fb_img_1752009132534

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki