image-n1karobka_ads
image-123
image-67ebc4dfe2b2b67ebc4dfe2b2c174350460767ebc4dfe2b2967ebc4dfe2b2abackend

Mayın 19-na olan hava proqnozu: Güclü külək, bəzi bölgələrdə yağış və dolu gözlənilir

Doğru.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah ölkə ərazisində hava şəraiti dəyişkən olacaq.

Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam saatlarında bəzi yerlərdə qısamüddətli yağış, şimşək müşahidə oluna bilər. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Gecə 15-18°, gündüz 19-24° isti olacaq.

Rayonlarda səhərdən başlayaraq bəzi bölgələrdə yağış, şimşək, leysan, dolu və yüksək dağlıq ərazilərdə sulu qar gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 13-18°, gündüz 24-29°, dağlıq ərazilərdə isə gecə 5-10°, gündüz 12-17° isti olacaq.

Naxçıvanda, Qarabağda, Şərqi Zəngəzurda, eləcə də Gəncə-Qazax, Quba-Xaçmaz və Lənkəran-Astara zonalarında hava əsasən yağmursuz olsa da, gün ərzində qısamüddətli yağış və dolu ehtimalı var. Duman və güclü külək müşahidə oluna bilər.

Ətraflı bölgə-bölgə hava proqnozu və daha çox məlumat üçün Doğru.az-ı izləməyə davam edin.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki