image-2000x150px
image-123
image-ads_atlas
image-7backend

Mədəniyyət naziri Anar Kərimov BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki, iyunun 21-də Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansı (BMTSA) üzrə ali nümayəndəsi Migel Angel Moratinos ilə görüş keçirdi.

Nazir qonağı səmimi salamlayaraq 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana ilk BMT nümayəndəsinin səfərindən məmnunluğunu ifadə etdi. Otuz illik işğaldan sonra öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın regionda yeni imkanlara yol açdığını vurğuladı, bu kontekstdə həm regionda, həm də ölkələrarasında sülhün bərqərar olmasına töhfə vermək üçün BMT-nin Sivilizasiyalar Alyansının əlverişli imkanlarının olduğunu diqqətə çatdırdı. “Biz inanırıq ki, təşkilat poskonflikt dövrünü yaşayan Azərbaycanla Ermənistan arasında da davamlı sülhün və güvənliyin təmin edilməsi üçün əlindən gələni əsirgəməyəcək.”

Təşkilatla Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlığın hər zaman yüksək səviyyədə inkişaf etdiyini bildirən nazir “Mədəniyyət naminə sülh” (Peace for Culture) qlobal çağırış haqqında məlumat verdi. Qeyd etdi ki, mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olması vacibdir və bu məqsədlə Azərbaycan “Mədəniyyət naminə sülh” kompaniyası ilə dünyaya çağırış edir. Bu kompaniya çərçivəsində təşkilatın işğaldan azad olunmuş ərazilərdə tarixi-dini abidələrin bərpası və oradakı gerçəklərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görəcəyinə əminliyini ifadə etdi.

Görüş zamanı Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bakı prosesi” təşəbbüsü, bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələri ilə bağlı fikirlərini bölüşdü. Vurğuladı ki, “Bakı prosesi” mədəniyyət naminə sülh və siyasi məsələləri hər zaman prioritet saxlamağa yardımçı olacaq, əməkdaşlığımızda önəmli bir platforma rolunu oynayacaq.

Qonaq səmimi qarşılanmaya görə təşəkkür edərək qeyd etdi ki, səfərimizin məqsədi Azərbaycana dəstəyimizi nümayiş etdirməkdir. M.Moratinos dini abidələrin qorunmasının təşkilatın prioritet fəaliyyət istiqamətlərindən olduğunu, bu sahədə Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edərək konkret layihələrin reallaşdırılmasının vacibliyini, bu sahədə birgə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı.

Görüş əməkdaşlığın gələcək perspektivlərinin və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam etdi.

DOĞRU.AZ

image-1 image-4-1 image-3 image-2 image-5 image-8 image-6

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki