image-2000x150px
image-123
image-ads_atlas
image-photo_34960backend

Media Araşdırmaları və Monitorinq Mərkəzi yeni layihəyə start verib

image-728x90px

Azərbaycanın 44 günlük müharibədə şanlı qələbəsindən sonra regionda yeni reallıq yaranmışdır. Azərbaycanın güc sahibi olması bölgədə qüvvələr balansını ölkəmizin xeyrinə dəyişmişdir.  Bütün bunları nəzərə alaraq baş verənlərlə bağlı mesajları dünya ictimaiyyətinə düzgün çatdırmaq lazımdır. Bu məqsədlə Azərbaycanın müharibədən sonrakı dövrdə apardığı mübarizənin gücləndirilməsini, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırması istiqamətində “Media Araşdırmaları və Monitorinq Mərkəzi”  01.09.2022- ci il tarixindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə “Post- münaqişə dövründə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, beynəlxalq platformalarda yayılması” adlı layihəyə start verib.

Təşkilatdan Reaksiya.az-a verilən məlumata görə layihə müddətində beynəlxalq ictimaiyyətin məlumatlandırılması məqsədilə  Reakisiya TV-nin efirində yayımlanacaq  verilişlər çərçivəsində diaspora, xarici KİV nümayəndələri ilə müzakirələr aparılacaq, Azərbaycan həqiqətləri, Ermənistan tərəfindən regionun mədəni irsinə qarşı törədilmiş vandalizm aktları və post-münaqişə dövründə Azərbaycan dövlətinin apardığı bərpa-quruculuq işləri barədə məlumatlar veriləcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki