image-2000x150px
image-123
image-ads_atlas
image-1412498backend

“Mediada islahatlara doğru” mövzusunda keçirilən silsilə seminarlar başa çatdı – FOTO

image-728x90px

Medianın İnkişafı Agentliyi və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başa çatıb.

Doğru.az xəbər verir ki, seminarın bağlanış mərasimində çıxış edən “ADA” Universitetinin İcraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, bu təlimlər media sahəsində yeni trendin başlanğıcına, jurnalistlərin peşəkar inkişafına töhfə verəcək. Daha sonra çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov seminarların əhəmiyyətindən danışıb.

“ADA” Universitetinin prorektor müavini, İxtisasartırma Programlarının rəhbəri Aygün Hacıyeva seminarlar çərçivəsində əldə olunan nailiyyətlərə dair təqdimatla çıxış edib. Universitetin Kommunikasiya və rəqəmsal media üzrə müəllimi Şəfəq Mehrəliyeva seminarların buraxılışı münasibətilə iştirakçıları təbrik edib.

Seminar iştirakçıları isə bu seminarların təşkilindən məmnunluğunu ifadə ediblər. Sonra seminar iştirakçılarına sertifikatlar təqdim edilib.

Qeyd edək ki, seminarlarda 75 media qurumunun rəhbər üzvləri iştirak edib. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən “Al Jazeera” və “Haber Global”ın mütəxəssisləri təcrübələri ilə bölüşüblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki