image-2000x150px
image-123
image-ads_atlas
image-1f91b11fa173009f30c2298256bce9e9backend

Məhəbbət Kazımovun şəklini Laçına kim aparıb? – VİDEO

image-728x90px
“Atamın fotosunu Laçına Murad Məmmədov adlı kəndlimiz aparıb”. 
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov atasının Laçının Çorman kəndində asılan fotosundan danışarkən deyib.
Rəşid Kazımov həmin fotonun Murad Məmmədovun öz vəsaiti hesabına başa gəldiyini bildirib:
“Onlar Laçında fermalarda işləyirlər, sağ olsunlar. Fəxrdir, Laçın deyəndə Məhəbbət Kazımov, Məhəbbət Kazımov deyəndə də Laçın yada düşür. Atamın şəklini kəndimizə aparan şəxsə təşəkkür edirəm. Qismət olsa, biz də gedərik”.
Qeyd edək ki, bir neçə gün öncə Əməkdar artist Məhəbbət Kazımovun fotosunun işğaldan azad olunan Laçın rayonuna aparılması ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki